Günün kuponu – 01.02.2022

Günün kuponu – 01.02.2022

Uruqvay – Venesuela 1 [nowbetnow-dynamic dyn_code=1117]

Venesuela ötən tur gözlənilmədən Boliviyanı böyük hesabla məğlub etdi. Bu dəfə Montevideo səfəri asan olmayacaq. Rəqib meydanında Parqvayı məğlub edən Uruqvay Dünya çempionatına birbaşa vəsiqə verən 4-cü yerdən cəmi 1 xal geri qalır. Bu komandalar arasında son oyunda qapılara qol vurulmamışdı. Bu dəfə  qələbə Luis Suares və komanda yoldaşlarına daha vacibdir. Odur ki, oyunun 1 gəlmə ehtimalı  yüksəkdir.

Argentina – Kolumbiya QOL/QOL [nowbetnow-dynamic dyn_code=1118]

Kolumbiya ötən tur Peruya uduzmaqla işini xeyli çətinə salmış oldu. Mundiala vəsiqəni çoxdan təmin edən Argentina isə Messisiz Çilinin öhdəsindən gələ bildi. Argentinanın baş məşqçisi Skaloni ola bilsin ki, bəzi futbolçulara istirahət versin. Amma təsəvvür edin ki, ötən matçda Argentinanın ehtiyatında Dibala, Korrea, Akunya kimi futbolçular var idi. Kolumbiyaya qələbə lazım olduğundan Falkao və yoldaşları ilk dəqiqədən irəli atılmağa cəhd göstərəcək. Güman edirəm ki, belədə hər iki komandanın qol vurmaq şansı olacaq.

Suriya – Cənubi Koreya 2 [nowbetnow-dynamic dyn_code=1119]

Müharibənin yaraları sağalmayan Suriyada futbol hələ ön planda ola bilməz. Təsadüfi deyil ki, komanda 7 oyundan 2 xalla qrupda sonuncu yeri tutur. Asiya zonasında İran dünya çempionatına vəsiqəni təmin etdi. Ən yaxın izləyicisini 8 xal qabaqlayan Cənubi Koreya da mundialın bir addımlığındadır. Portuqaliyalı Paulu Bentunun komandası belə şansı əldən verməz.

Elnur Məmmədlidən ən son “Günün Kuponu”

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

“Mançester Siti”də argentinalı hücumçu

Növbəti yazı

Sürpriz kupon – 01.02.2022