“Sumqayıt” Premyer Liqada qaldı, Tovuzda 4 qol
Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub. İkinci oyun günündə 4 matç baş tutub.
Çempion titulunu öncədən təmin edən “Qarabağ” öz meydanında “Sumqayıt”la görüşüb. Səfərdə 2:1 hesabı ilə qalib gələn “Gənclik şəhəri” təmsilçisi Premyer Liqada yerini qoruyub.
İki matç qolsuz başa çatıb. Gümüş mükafatçı “Sabah” “Zirə” ilə, “Şamaxi” isə “Qəbələ” ilə bərabərliklə ayrılıb.
Günün ən məhsuldar oyunu Tovuzda baş tutub. “Səbail”i qəbul edən “Turan Tovuz” 2:2 hesablı heç-heçə ilə kifayətlənib.
1 | Qarabağ | 35 | 27 | 6 | 2 | 88-24 | 87 |
2 | Sabah | 35 | 25 | 6 | 4 | 75-23 | 81 |
3 | Neftçi | 35 | 19 | 8 | 8 | 62-38 | 65 |
4 | Qəbələ | 35 | 13 | 10 | 12 | 46-46 | 49 |
5 | Zirə | 35 | 12 | 11 | 12 | 42-46 | 47 |
6 | Turan Tovuz | 35 | 10 | 9 | 16 | 35-46 | 39 |
7 | Sumqayıt | 35 | 8 | 7 | 20 | 26-67 | 31 |
8 | Kəpəz | 35 | 6 | 12 | 17 | 33-61 | 30 |
9 | Səbail | 35 | 6 | 8 | 21 | 31-62 | 26 |
10 | Şamaxı | 35 | 4 | 13 | 18 | 26-51 | 25 |
Bombardirlər:
Ramil Şeydayev (“Qarabağ”) – 22 qol
Musa Qurbanlı (“Qarabağ”) – 20 qol
Coy Lens Mikels (“Sabah”) – 17 qol
Emin Mahmudov (“Neftçi”) – 16 qol
Aleksey Kaşuk (“Sabah”) – 16 qol