“Nyukasl” Çempionlar Liqasında

“Nyukasl” Çempionlar Liqasında

Çempionlar Liqasının 2023/24 mövsümünün daha bir iştirakçısı bəlli olub. “Nyukasl” qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanıb.

Bu, İngiltərə Premyer Liqasının 37-ci turunda rəsmiləşib. “Lester”lə qolsuz heç-heçə edən Endi Haunun yetirmələri 70 xalla 3-cü pillədə qərarlaşıb.

“Nyukasl” finişə 1 tur qalmış 5-ci pillədəki “Liverpul”u 4 xal qabaqlayır. Bu, komandanın “dördlük”də yerini təmin etməsi üçün kifayət edib.

“Nyukasl” sonuncu dəfə Çempionlar Liqasında 2002/03 mövsümündə mübarizə aparıb. 2012/13 mövsümündən sonra avrokuboklara da qatılmayan komanda həsrətə 10 il sonra son qoyub.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt” Premyer Liqada qaldı, Tovuzda 4 qol

Növbəti yazı

“Denver” 47 mövsümdə ilk dəfə finalda