Sinner titulunu qorudu

Sinner titulunu qorudu

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ATP-250 seriyalı turnir başa çatıb. Final görüşündə Yannik Sinner və Qael Monfis qarşılaşıb.

Həlledici qarşılaşmanın taleyi iki setdə həll olunub. 20 yaşlı italiyalı ötən il Sofiyada qazandığı titulu 6:3, 6:4 hesablı qələbə ilə qoruyub. Bu, Sinnerin ATP turnirlərində mövsümdə 3-cü, karyerasında 4-cü çempionluğudur.

Xatırladaq ki, Sofiya turnirinin mükafat fondu 419 min 470 min avro təşkil edir.

ETOPAZ

Əvvəlki yazı

PSJ-nin seriyası qırıldı

Növbəti yazı

“Qarabağ” fasiləyə lider yollandı