Aleksandr Arnoldun “Nant” arzusu

Aleksandr Arnoldun “Nant” arzusu

“Liverpul”un futbolçusu Trent Aleksander-Arnold klub sahibi olmaq qərarına gəlib. Fransa Liqa 1-də çıxış edən “Nant” klubunun səhm payı üçün 100 milyon avrodan çox məbləğ təklif edib.

Fransanın 8 qat çempionu “Nant” bu mövsüm 4 turdan sonra 7 xalla ölkə çempionatında 5-ci pillədə qərarlaşıb. İdmana sərmayə yatırmaq Aleksander-Arnold ailəsinin çoxdankı marağıdır. 2023-cü ildə onlar “Formula-1” komandası “Alpine”in səhmlərinin sahibi olublar. Futbolçu, eyni zamanda, “Reksem” futbol klubunun ortaq sahiblərindən biridir.

ETOPAZ

Əvvəlki yazı

Avstraliya millisində ayrılıq

Növbəti yazı

“Şamaxı”dan səfər qələbəsi