PSJ-nin seriyası qırıldı

PSJ-nin seriyası qırıldı

PSJ Fransa Liqa1-in 2021/22 mövsümündə ilk məğlubiyyətini alıb. Maurisio Poçettinonun yetirmələri IX turda “Renn”ə uduzub – 0:2.

Mövsümün ilk 8 oyununda qələbə qazanan parislilərin uğurlu seriyası səfərdə qırılıb. Komanda həm də ilk dəfə meydanı qolsuz tərk edib.

PSJ əvvəlki 8 qarşılaşmanın hərəsində ən azı 2 qol vurub. Növbəti turda paytaxt təmsilçisinin rəqibi “Anje” olacaq. Bu matç oktyabrın 15-də baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqa klubunda istefa

Növbəti yazı

Sinner titulunu qorudu