Sürpriz kupon – 22.09.2024
Fiorentina – Latsio 2.5 ÜST
A Seriyasına uğursuz başlayan meydan sahibləri 4 turda 3 heç-heçəyə nail olub. Ötən tur “Atalanta”ya uduzan (2-3) “Fiorentina”nın oyunu qənaətbəxş deyil. Bu mənada “Latsio”nu görüşün favoriti saymaq olar. Fikrimcə sürpriz kuponda 2.5 Üst seçimi real görünür.
Səbail – Sabah 2.5 ÜST
Ötən tur evdə “Turan”la heç-heçəyə oynayan (2-2) “Sabah” bu dəfə “Səbail”in qonağı olacaq. Qonaqlar heyət və büdcə baxımından rəqibi aşkar üstələyir. Amma hazırda onların oyununda bu amil özünü göstərmir. “Səbail”də isə ardıcıl iki məğlubiyyətdən sonra Şahin Diniyev komandasını vəziyyətdən çıxarmağa çalışır. Bu oyunda məhsuldar nəticənin qeydə alınma ehtimalı yüksəkdir.
Sumqayıt – Zirə 2.5 ALT
Bu komandaların oyunu bir-biriylə alınmır desək yanılmarıq. Premyer Liqada son üç görüşdə “Sumqayıt”la “Zirə” bir-birinə qol vura bilməyib. Hər üç oyun 0-0 hesabıyla yekunlaşıb. Hücumda problemləri nəzərə alaraq 2.5 Alt seçimi daha məqsədəuyğundur.