Günün kuponu – 22.09.2024
Brayton – Nottingem 1
Cari mövsüm Premyer Liqada hər iki komanda eyni nəticə göstərib. 4 oyunda 8 xal toplayan komandalar müdafiədə inamlı oyunla diqqəti cəlb edir. Premyer Liqada məğlub olmayan “Brayton” evdə “Nottingem”i məğlub edəcək gücdədir. Ötən mövsüm bütün duellərdə “Nottingem”i üstələyən meydan sahiblərinin qələbəsinə inanıram.
Mançester Siti – Arsenal QOL/QOL
Turun mərkəzi görüşündə ilk iki pillədə qərarlaşan komandalar qarşılaşacaq. Cari mövsüm maksimum nəticə göstərən Mançester təmsilçisi məğlubiyyət acısı yaşamayıb. Maraqlıdır ki, ötən 16 ayda “Arsenal” “Mançester Siti”yə uduzmayıb. Aşkar favoritin olmadığı mübarizədə qol-qol seçimini etməyi təklif edirəm.
Bayer Leverkuzen – Volfsburq 2.5 ÜST
Çempionlar Liqasında uğurlu start götürən Xabi Alonsonun komandası Bundesliqada “Leypziq”ə məğlubiyyətdən sonra toparlanmağı bacardı. Səfərdə “Feyenoord”a 4 cavabsız qol vuran Xabi Alonsonun komandasını doğma meydanda yalnız qələbə razı sala bilər. Bu oyunda məhsuldar nəticə üçün mərc gəlmək riskli deyil.