Serenanın 24 il sonrakı uğursuzluğu

Serenanın 24 il sonrakı uğursuzluğu

Serena Uilyams “US Open”ə erkən vida edib. ABŞ tennisçisi 3-cü mərhələdə Ayla Tomlyanoviçə uduzub –  7:5, 6:7, 6:1.

Bu, böyük ehtimalla karyerasına 1995-ci ildə başlayan Serenanın son matçı olub. “Böyük dəbilqə”lərin 23 qat çempionu 1998-ci ildən sonra ilk dəfə “US Open”də ikinci həftəyə yüksəlməyib.

24 il əvvəl Nyu-Yorkda ilk dəfə əsas setkaya daxil edilən Uilyams sonradan 20 dəfə ilk həftəni uğurla adlayıb. 4 dəfə isə yarışa qatılmayıb.

ETOPAZ

Əvvəlki yazı

Musiala satılmayacaq

Növbəti yazı

“Nyu-York”un yeni hədəfi