Musiala satılmayacaq

Musiala satılmayacaq

“Bavariya” futbolçusu Camal Musialanı satmayacaq. Bunu Almaniya klubunun idman direktoru Hasan Salihamiciç açıqlayıb.

O bildirib ki, Münhen təmsilçisi yarımmüdafiəçini böyük məbləğə də satmayacaq. Klub rəsmisi hətta 100 milyon avroluq təklifi geri çevirəcəklərini bəyan edib.

19 yaşlı futbolçu “Bavariya”da 50 matç keçirən ən gənc oyunçudur. O, 83 qarşılaşmada 20 top vurub.

ETOPAZ

Əvvəlki yazı

Batşuayi rəsmən “Fənərbağça”da

Növbəti yazı

Serenanın 24 il sonrakı uğursuzluğu