Şenol Güneş: “İstədiyimiz kimi oynadıq”

Şenol Güneş: “İstədiyimiz kimi oynadıq”

“Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Beşiktaş””ı qəbul edib. Bakıda 3:1 hesablı qələbə qazanan Türkiyə klubunun baş məşqçisi Şenol Güneş matç barədə fikirlərini açıqlayıb:

“Qələbə qazanıb İstanbula yaxşı hesabla qayıtmaq istəyirdik. Bunu bacardıq. Oyuna hakim olduq, istədiyimiz kimi oynadıq, qollar vurduq, qaçan qollar oldu. Yorulan futbolçularımız var idi. Onları dəyişdirdik. Son 10-15 dəqiqədə oyun qopdu. Buraxdığımız qolda “Neftçi”nin gücünü və motivasiyasını artırdı, epizodları var idi. Son anlarda bizim üçün dərslər çıxaracağımız anlar oldu. Şadıq. Buradan yaxşı hesabla gedirik. İkinci matça da ciddi hazırlaşmalıyıq. “Neftçi”yə imkan verəndə, oynaya bilən istedadlı oyunçuları var. “Neftçi”yə liqada uğurlar arzulayıram. Yaxşı atmosfer var idi”.

ETOPAZ

Əvvəlki yazı

Adrian Mutu: “Bir az bəxtimiz gətirsəydi…”

Növbəti yazı

“Mançester Yunayted”in qapısına Almaniyadan təklif