“Mançester Yunayted”in qapısına Almaniyadan təklif
“Mançester Yunayted”in qapıçısı Matey Kovarj karyerasını Almaniyada davam etdirəcək. Çexiyalı qapıçı “Bayer”ə keçməyə yaxındır.
Leverkuzen klubu 23 yaşlı əlcək sahibinin keçidini razılaşdırıb. Transfer 9 milyon avroya başa gələcək.
Kovarjın mançesterlilərlə müqaviləsi 2025-ci ildə başa çatacaq.