Sançodan məsuliyyətsizlik

Sançodan məsuliyyətsizlik

“Mançester Yunayted”in futbolçusu Ceydon Sanço xoş olmayan hərəkəti ilə yadda qalıb. 23 yaşlı hücumçu komandasının Çempionlar Liqasında “Bavariya” (4:3) ilə oyunundan 2 saat öncə video oyunlar oynayıb. 

İngiltərə millisinin də şərəfini qoruyan oyunçunun vaxtını “FIFA 23” oynayaraq keçirdiyi bəlli olub. O, 230 min abunəçisi olan youtuber JCC-nin canlı yayımında görünüb. 

Qeyd edək ki, komandanın baş məşqçisi ilə yola getmədiyi üçün heyətdən kənarda qalan Ceydonun bu hərəkəti “qırmızı şeytanlar”ın azarkeşləri tərəfindən narazılıqla qarşılanıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 22.09.2023

Növbəti yazı

Türkiyə millisində italiyalı baş məşqçi