Şahruddin Məhəmmədəliyev: “Bu, komandamız üçün üçün əlavə motivasiya olacaq”

Şahruddin Məhəmmədəliyev: “Bu, komandamız üçün üçün əlavə motivasiya olacaq”

Sabah Avropa Liqasında 3-cü tura start veriləcək. “Qarabağ” “Olimpiakos”la qarşılaşacaq.

Oyundan öncə ağdamlıların qolkiperi Şahruddin Məhəmmədəliyev mətbuat konfransında iştirak edib. Sizi qapıçının fikirləri ilə tanış edirik:

“Bura çox güclü rəqiblə oynamağa gəlmişik. Sabah yaxşı futbol oynamaq üçün əlimizdən gələni edəcəyik. “Olimpiakos”un yaxşı futbolçuları və azarkeşləri var. Uşaq vaxtı futbol oynayanda belə atmosferdə və stadionda meydana çıxmaq arzularımdan biri olub. Bu, komandamız üçün üçün əlavə motivasiya olacaq və bizə zövq verəcək”.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Matça tam hazırıq”

Növbəti yazı

“Çelsi” və “Mançester Siti”dən böyükhesablı qələbə