Ronaldo üçün daha bir titul
Kriştiano Ronaldo daha bir mükafata sahib ola bilər. “Əl Nəsr”in kapitanı Qərbi Asiyada avqustun oyunçusu mükafatına namizəd olub.
38 yaşlı portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı Premyer Liqasında 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Forvard III turda “Əl-Fateh”lə (5:0) matçda het-trik, IV turda “Əl-Şəbab”la qarşılaşmada (4:0) isə dubl edib.