Ronaldo “Əl-Nəsr”də qol hesabını açdı

Ronaldo “Əl-Nəsr”də qol hesabını açdı

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda ilk qolunu vurub. Portuqaliyalı hücumçu “Əl-Fateh”lə matçda rəqib qapısına yol tapıb.

38 yaşlı forvard 2023-cü ildə qol hesabını açıb. Bu, Ronaldonun qol sevinci yaşadığı ardıcıl 22-ci təqvim ilidir. O, 2002-ci ildən başlayaraq hər il qol vurub.

Penaltidən fərqlənən Kriştiano klub karyerasında 702-ci dəfə fərqlənib. O, “Real”da 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Sportinq”də 5, “Əl-Nəsr”də 1 qola sevinib.

ETOPAZ

Əvvəlki yazı

PSJ-də iki itki

Növbəti yazı

Sobolenko Dohaya getmədi