“Roma”dan minimalhesablı qələbə, Turində sülh

“Roma”dan minimalhesablı qələbə, Turində sülh

Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. Günün hər iki qarşılaşması İtaliyada baş tutub.

“Yuventus” “Sevilya”nı qonaq edib. Matç ispaniyalıların üstünlüyü ilə başlayıb. Bu, özünü hesabda da doğruldub. Yusuf Əl Nəsiri fərqlənib. Turinlilərin buna cavabı görüşün son dəqiqəsində gəlib. Federiko Qatti komandasını məğlubiyyətdən xilas edib – 1:1.

“Roma” isə “Bayer”lə üz-üzə gəlib. Matç meydan sahiblərinin üstünlüyü ilə keçib. Tərəflərin səylərinə baxmayaraq, ilk hissədə hesab açılmayıb. “Canavarlar” ikinci yarıda istəyinə çatıb. Edoardo Bov fərqlənib – 1:0.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşmaları mayın 18-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirin qalibləri bilindi

Növbəti yazı

“Bazel” və “Vest Hem”dən əzmkar qələbə