“Real”dan 600-cü qol

“Real”dan 600-cü qol

 “Real” Çempionlar Liqasında 600-cü qola imza atıb. İspaniya klubu bunu qrup mərhələsinin son turunda “İnter”lə matçda (2:0) reallaşdırıb.

Madrid təmsilçisinə qələbə gətirən qolun müəllifi olan Marko Asensio eyni zamanda komandanın bu turnirdəki 600-cü topuna imza atıb. Qitənin ən nüfuzlu klub turnirində 600 qol səddinə çatan ilk komanda olan “Real”ı müvafiq olaraq “Bavariya” (546 qol), “Barselona” (537), “Mançester Yunayted” (398) və “Yuventus” (333) izləyirlər.

Bu görüşdə ispanların hər iki qolu cərimə meydanı kənarından qeydə alınıb. “Real” tarixində ilk dəfə ardıcıl 5 qolu uzaq məsafədən vurub.

ETOPAZ

Əvvəlki yazı

Ulduzların oyunu üçün 6 debütant

Növbəti yazı

Modriçə yeni müqavilə təklifi