Ranqniklə ilk məğlubiyyət

Ranqniklə ilk məğlubiyyət

“Mançester Yunayted” baş məşqçisi Ralf Ranqnikin rəhbərliyi altında ilk məğlubiyyətini alıb. Bu, Premyer Liqanın XXI turuna təsadüf edib.

Mançesterlilər öz meydanında “Vulverhempton”a 0:1 hesabı ilə uduzub. Almaniyalı mütəxəssisin baş məşqçiliyi dövründə 3 qələbə və 2 heç-heçəsi olan komanda bu oyunadək meydanı xalsız tərk etməmişdi.

Premyer Liqada “Kristal Pelas” və “Norviç”i eyni – 1:0, “Bernli”ni 3:1 hesabı ilə məğlub edən Ranqnikin komandası “Nyukasl”la sülhə imza atıb – 1:1. Çempionlar Liqasının “Yanq Boyz”la görüşündə də eyni nəticə qeydə alınıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 04.01.2022

Növbəti yazı

Osaka qələbə ilə qayıtdı