Sürpriz kupon – 17.09.2024
Real Madrid – Ştutqart – 1-ci hissə – Real Madrid
UEFA Çempionlar Liqasına bütün komandalar qələbə ilə başlamağa çalışacaq. Amma Ştutqarta ilk turda şans tanımıram. Almanların “bərk” komanda olduğunu düşünənləri isə məncə, Rea Madrid elə ilk 45 dəqiqədə yanıldacaq.
Sportinq – Lill – 1
Sportinq Portuqaliya liqasında oynadığı son 5 qarşılaşmanın hamısını qazanıb. Bəlkə də Lill ilə matçda qələbə seriyasının dayanacağını düşünənlər də az deyil. Amma mən Sportinqin bu görüşdə də qalib gələcəyini təxmin edirəm.
Milan – Liverpul – QOL/QOL
Bu iki komandanın rəqib olduğunu görən kimi dərhal ÇL-in 2005-ci ildəki İstanbul finalı düşür. Liverpulun 0:3-dən sonra möhtəşəm geridönüşü və kuboku qazanması. Ondan sonra da Liverpul Milana 5 dəfə qalib gəlib və yalnız bir dəfə məğlub olub. Prinsipial rəqiblərin bu duelində də qarşılıqlı qollar gözləyirəm.