Sürpriz kupon – 16.09.2024
Parma – Udineze QOL/QOL
Klublar mövsümə uğurlu başlayıb. Bərabər səviyyəli rəqiblərin qarşılaşması maraqla gözlənilir. Oyunun çox məhsuldar keçəcəyinə inanmasam belə, cari çempionatda meydanı qolsuz tərk etməyən komandaların hərəyə bir qol vuracağını düşünürəm.
Antalyaspor – Adana Demirspor 1
Şahruddin Məhəmmədəliyevin keçmiş komandası Super Liqanın autsayderidi. “Adana Demirspor” geridə qalan 4 turda cəmi 1 xal toplaya bilib. “Antalyaspor”un da işləri o qədər də yaxşı getməsə də, Aleksin komandası çempionatın startında heç olmasa 4 xal qazana bilib. Meydan sahiblərinin qələbəsini proqnozlaşdırıram.
Rayo Valyekano – Osasuna ÜST 1.5
Hər iki komanda bu mövsüm La Liqada keçirdiklər 4 oyundan cəmi birində qol vura bilməyib. “Rayo Vaykeno” 4 qol vurub, 5 qol buraxıb, “Osasuna” isə 5 dəfə fərqlənib, öz qapısında isə 7 qol görüb.
Zənnimcə, bu oyunda ən azı 2 qol vurulacaq.