Ayxan Abbasov 13-cü oldu

Ayxan Abbasov 13-cü oldu

Azərbaycan Premyer Liqasının VI turu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub. 43 yaşlı mütəxəssisin Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü dəfə komandasını meydana çıxarıb. Bu, “Sumqayıt”la qarşılaşmaya (1:0) təsadüf edib.

Abbasov karyerası ərzində dörd klubda çalışıb. O, Premyer Liqada “Zirə”ni 44, “Sumqayıt”ı 79, “Turan Tovuz”u 72, “Şamaxı”nı 5 görüşə çıxarıb. Mütəxəssisin komandaları 67 qələbə qazanıb, 55 heç-heçə edib və 78 dəfə uduzub.

Qeyd edək ki, Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox matça baş məşqçi kimi çıxan 13-cü mütəxəssisdir.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan çempionatlarında 14000-ci qol

Növbəti yazı

“Bavariya”da itki