Rabyo gedir, Milinkoviç-Saviç gəlir

Rabyo gedir, Milinkoviç-Saviç gəlir

“Yuventus” Sergey Milinkoviç-Saviçi heyətinə qatmaqda maraqlıdır. İtaliya klubunun direktoru Federiko Kerubini futbolçunun agenti Matey Kejmanla danışıqlara başlayıb.

Turinlilər qışda yarımmüdafiəçisi Adrian Rabyonu satmaq və əldə olunan vəsaitlə Sergeyi almağı planlaşdırır. “Latsio” serbiyalını satmaq istəməsə də, yeni müqavilə barədə razılıq əldə olunmadığı üçün təklifi qəbul edə bilər. Milinkoviç-Savişin anlaşması 2024-cü ilin yayında bitəcək.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi cari mövsümün 14 matçında 7 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Fernandu Santuş: “Biz dünya çempionu ola bilərik”

Növbəti yazı

Depaya İngiltərədən üç müştəri