Fernandu Santuş: “Biz dünya çempionu ola bilərik”

Fernandu Santuş: “Biz dünya çempionu ola bilərik”

DÇ-2022-nin startı ərəfəsində Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş yığmadakı duruma aydınlıq gətirib. O, çıxış etdiyi “Mançester Yunayted”də problemləri olan Kriştiano Ronaldo və komanda yoldaşlarının çempionluq iddiasını gizlətməyib:

“Çağırdığım bütün oyunçular kimi Kriştiano da qələbə aclığı ilə gəlib ki, öz bacarığını göstərsin və Portuqaliyanı dünya çempionu etsin. Ronaldonun digərlərindən daha ac olub olmadığını gözləyək və görərik. O, həmişə ac olub. Buna görə də belə uzun müddət yüksək səviyyədə çıxış edir. Məni onun bir ay əvvəlki durumu maraqlandırmır. Bu müddətdə “Mançester Yunayted”də dörd matça çıxıb. Mən həqiqətən inanıram ki, biz dünya çempionu ola bilərik. Bizim hamımızın böyük iddiaları var. Mən də inanıram, futbolçularımın hamısı da”.

ETOPAZ

Əvvəlki yazı

Messi komandadan kənar düşüb

Növbəti yazı

Rabyo gedir, Milinkoviç-Saviç gəlir