Qvardiola “1000”i yarılayır

Qvardiola “1000”i yarılayır

Bu gün keçiriləcək “Mançester Yunayted”lə görüş “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olacaq. İspaniyalı mütəxəssis milli çempionatların yüksək liqalarında 500-cü oyununa çıxacaq.

O, Premyer Liqanın XX turundakı Mançester derbisinədək 499 belə matç keçirib. Onun komandaları 379 qələbə qazanıb. Bu bütün matçların 76 faizidir. Qvardiola baş məşqçi kimi 2008/09 mövsümündə İspaniya La Liqasında debüt edib.

ETOPAZ

Əvvəlki yazı

Türam Premyer Liqa yolunda

Növbəti yazı

Mandanda milli karyerasını bitirdi