Mandanda milli karyerasını bitirdi
Fransa millisinin futbolçusu Stiv Mandanda yığma karyerasını başa vurub. “Renn”in qapıçısı bu qərarı 37 yaşında verib.
Təcrübəli əlcək sahibi DÇ-2022-dən sonra milli ilə vidalaşmağı məqsədəuyğun sayıb. Mandanda 2008-ci ildən çıxış etdiyi yığmada 15 il keçirib. 35 oyunda 32 qol buraxan qolkiper DÇ-2018-in çempionu, DÇ-2022-nin vitse-çempionu olub.
O, mundialdan sonra yığmadan gedən ilk fransalı deyil. Bir müddət əvvəl Fransa yığmasının əsas qapıçısı Uqo Loris də milli karyerasını başa vurub.