Qrantdan rekord
“Portlend”in basketbolçusu Ceremi Qrant karyerasının rekorduna imza atıb. Hücumçu “Nyu-York”la qarşılaşmada fərqlənib.
Bu görüşdə “Bleyzers” 132:129 hesablı qələbə qazanıb. Qrant 44 xal toplayıb. Bu, onun ən məhsuldar oyunudur. Ceremi 1 ribaund və 2 ötürməyə də imza atıb.