“Qarabağ”la “Turan Tovuz”dan qələbə

“Qarabağ”la “Turan Tovuz”dan qələbə

Azərbaycan Premyer Liqasında növbəti oyunlar keçirilib. II turun iki matçında da qonaqlar qalib gəlib.

“Qarabağ” səfərdə “Sumqayıt”ı məğlub edib. Qurban Qurbanovun komandası Musa Qurbanlı və Filip Ozobiçin qolları ilə üç xal qazanıb – 2:0.

Premyer Liqanın debütantı “Turan Tovuz” “Səbail”in qonağı olub. Görüşün taleyini Natan Oduvanın qolu həll edib. O, qərblilərə qələbə qazandırıb.

Qeyd edək ki, turun son matçları sabah baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

PSJ Leauya elçi düşdü

Növbəti yazı

“Mançester Yunayted”ə üçüncü qənim