“Qarabağ”dan böyükhesablı qələbə

“Qarabağ”dan böyükhesablı qələbə

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. “Sabah” “Qarabağ”ı qəbul edib.

Görüş ağdamlıların üstünlüyü ilə başlayıb. Hesab 21-ci dəqiqədə açılıb. Hamidu Keyta fərqlənib. 7 dəqiqə sonra Olavio Juninyo adını tabloya yazdırıb. Hissənin sonlarında Nəriman Axundzadə hesabı 3:0 edib. İkinci yarı da eyni ssenari ilə keçib. Olavio Juninyo və Abdullah Zubir dubllarını rəsmiləşdiriblərsə, Adama Diakabi hərəyə bir dəfə fərqlənib. Meydan sahiblərinin gücü isə yalnız təsəlli qoluna çatıb. Cesse Sekidika “Qarabağ”ın qapısına yol tapıb – 1:7.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü fevralın 8-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Rakitiç “Sevilya”nı tərk etdi

Növbəti yazı

Kroos “Real”da qalır