Troos “Real”da qalır
“Real” Toni Kroosla bağlı qərarını verib. Klub ona yeni müqavilə təklif etməyə hazırlaşır.
Madridlilər almaniyalı futbolçunun komandada qalmasını istəyir. 34 yaşlı Kroosun oyunundan razı qalan klub rəhbərliyi mövsümün sonunda bitəcək razılaşmanı ən az bir illik daha artırmağı planlaşdırır. Danışıqlara start verən “qalaktikos” rəhbərliyi ən qısa zamanda yeni sövdələşməyə nail olacaqlarına inanırlar.