“Qarabağ”dan böyükhesablı qələbə

“Qarabağ”dan böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub. Turun son gününün yeganə qarşılaşması Bakıda baş tutub.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Qəbələ”ni qəbul edib. Görüş erkən qolla başlayıb. Hamidu Keyta qonaqların qapısına yol tapıb. Ağdam klubu ikinci hissədə fərqi artırıb. Nəriman Axundzadə qol sevinci yaşayıb – 2:0. Uzatma dəqiqələrində isə Olavio Juninyo fərqi üç topa çatdırıb. “Qarabağ” bununla da böyükhesablı qələbə qazanıb – 3:0.

Qeyd edək ki, növbəti turun matçları dekabrın 8-10-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 05.12.2023

Növbəti yazı

Avropa çempionatında ilk dəfə