“Qarabağ”dan əzmkar qələbə

“Qarabağ”dan əzmkar qələbə

“Qarabağ” növbəti avrokubok oyununu keçirib. Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının qrup mərhələsində III turun matçına çıxıb. Ağdam təmsilçisi evdə “Kayrat”la görüşüb.

Qazaxıstan çempionu ilə qarşılaşmada hesabı qonaqlar açıblar. Rəqib ilk yarının ortalarındakı penalti zərbəsi ilə önə keçib. Lakin oyunboyu rəqib qapısına hücumlar təşkil edən Qurban Qurbanovun yetirmələri qarşılaşmada dönüş yarada biliblər.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionuna toplaşan azarkeşləri görüşün sonlarında sevindirib. Öncə Ramil Şeydayev hesaba tarazlıq gətirib. Uzatma dəqiqələrində Abbas Hüseynov qələbə qoluna imza atıb.

Bu matçdan sonra xal hesabını 7-yə çatdıran “Qarabağ” qrupun lideridir. “Kayrat”ın cəmi 1 xalı var. Turun bu gün keçiriləcək digər oyununda “Bazel”lə “Omoniya” görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 22.10.2021

Növbəti yazı

Qurban Qurbanov: “Qarşıdakı 3 oyundakı hədəfimiz 9 xaldır”