“Qarabağ”da itki

“Qarabağ”da itki

“Qarabağ”ın qapıçısı Amin Ramazanov zədələnib. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Gənc qapıçı məşq prosesində xəsarət alıb. Aminin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Yaxın günlərdə əməliyyat olunacaq Ramazanov təxminən 8 ay yaşıl sahələrdən uzaq qalacaq.

Qeyd edək ki, Amin 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında 7 oyunda “Qarabağ”ın qapısını qoruyub. O, bu görüşlərdə 9 top buraxıb.

ETOPAZ

Əvvəlki yazı

Ramil Şeydayev “Kocaelispor”dan ayrıldı

Növbəti yazı

Edersona 900 min