Ramil Şeydayev “Kocaelispor”dan ayrıldı
“Kocaelispor”da ayrılıq baş verib. Klub Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə vidalaşıb.
Türkiyə təmsilçisi sosial şəbəkədə bununla bağlı paylaşım edib. Bildirilib ki, tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. Komanda Şeydayevə gələcək karyerasında uğurlar arzulanıb.
Bu ilin fevralında “Kocaelispor”a keçən Ramil 16 oyunda 1 qol vurub.