“Qarabağ” – “Tottenhem” matçının hakimləri bəlli oldu

“Qarabağ” – “Tottenhem” matçının hakimləri bəlli oldu

Avropa Liqasının Liqa mərhələsinin I turunun “Tottenhem” – “Qarabağ” oyununun hakimləri açıqlanıb Sentyabrın 26-da keçiriləcək görüşü Fransadan olan ədalət təmsilçiləri idarə edəcək.

Matçın baş hakimi Villi Delayod olacaq. Ona Ervan Finjean, Filipp Jeanne kömək edəcəklər. Tomas Leonard dördüncü hakim funksiyasını yerinə yetirəcək. Fransalı Benua Milot VAR, avstriyalı Alan Kiyas AVAR olacaq.

Qeyd edək ki, sentyabrın 26-da “Tottenhem Hotspur” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 25.09.2024

Növbəti yazı

Kamal Umudluya növbəti təyinat