Sürpriz kupon – 28.09.2024
Nyukasl – Mançester Siti QOL/QOL
Çox güman ki, ev sahibləri müdafiəyə çəkilməyəcək. Hal hazırda “Siti”-dən 3 xal geridədilər. Hər iki komandanın hücum xəttində yülsək performansa malik oyunçular yer alır. Bu da, o deməkdir ki, belə hücumcuların fərqlənməsinə şübhə yoxdur.
Reqensburq – Kayzerslautern X2
Qonaqlar bu tur autsayderlə qatşılaşacaq. “Kayzerslautern” evdə olduğu kimi səfərdə də, yaxşı oyun nümayiş etdirir. Hətta, demək olar ki, hər oyun meydanı qolsuz tərk etməyi sevmirlər. Bir sözlə, zəif rəqib deyillər. İnanmıram ki, ev sahibləri bu matçda azarkeşlərini sevindirsin.
Bayern Münhen – Bayer Leverkuzen QOL/QOL
Hazırda hər iki komanda əla vəziyyətdədir. Həm “Bayern”, həm də “Bayer” hücumda yüksək göstəriciyə malikdir. Rəqiblərinin qapısı qarşısında çoxlu şanslar yaradırlar. Ehtiyatlı futbol gözləmək çətindi. Açıq oyun gözlənilir. Ötən mövsüm Münhendə baş tutan qarşıdurma 2:2 hesablı heç-heçə ilə başa çatmışdı.
Fikrimcə, bu dəfə də, azarkeşlər məhsuldar oyun izləyəcək.