Sürpriz kupon – 25.09.2024
Yurqorden – Brommapoykarna 1
Musa Qurbanlının keçmiş komandası çempionluq mübarizəsindən qopmamaq üçün qalib gəlməlidi.
“Brommapoykarna”nın hədəfi elitada yerini qorumaqdı.
“Yurqorden” daha güclü komandadı və azarkeşlərinin dəstəyilə bu matçda 3 xal götürməsi inandırıcı görünür.
Qalatasaray – PAOK 1
Türkiyə Super Liqasında 6 oyuna 6 qələbə qazanan “Qalatasaray” əla formadadı. Əzəli-əbədi rəqibi “Fənərbağça” üzərində səfər qələbəsi komandanın psixoloji durumunu daha da yaxşılaşdırıb. Okan Burukun yetirmələrinin bu prinsipial qarşılaşmada da qələbə şansları yüksəkdi.
Ludoqorets – Slaviya Praqa 2
“Qarabağ”dan Bolqarıstanda aldığı 2:7 hesablı məğlubiyyəti hələ uzun müddət yadından çıxartmayacaq “Ludoqorets”i “Slaviya Praqa” ilə ağır matç gözləyir. Heyəti daha qiymətli futbolçulardan ibarət olan qonaqlar rəqibi ilə müqayisədə sabit komandadı. Sürpriz kuponda Çexiya təmsilçisinin qələbəsinə mərc etmək olar.