“Qarabağ” “Olimpiakos”u məğlub etdi

“Qarabağ” “Olimpiakos”u məğlub etdi

Avropa Liqasında qrup mərhələsinin 3-cü turuna start verilib. “Qarabağ” “Olimpiakos”un qonağı olub.

Görüş qarşılıqlı hücumlarla başlayıb. Komandaların səylərinə baxmayaraq ilk hissədə hesab açılmayıb. Ağdamlılar ikinci yarıda üstünlüyünü artırıb. Bu, özünü 68-ci dəqiqədə göstərib. Ovusu Kvabena hesabı açıb. “Köhlən atlar” 82 və 85-ci dəqiqələrdə daha iki qol vurmağı bacarıb. Marko Veşoviçlə Ramil Şeydayev adlarını tabloya yazdırıblar. Matç komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ” qrupda növbəti oyununu bu rəqiblə oktyabrın 13-də Bakıda keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

ÇL-də həftənin oyunçusu

Növbəti yazı

Qurban Qurbanov: “Vacib 3 xal qazandıq”