Qurban Qurbanov: “Vacib 3 xal qazandıq”
Avropa Liqasında 3-cü turun oyunları keçirilib. Təmsilçimiz “Qarabağ” “Olimpiakos”un qonağı olub.
Komandamızın 3:0 hesabı ilə qalib gəldiyi matçdan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“Komandamı təbrik edirəm, vacib 3 xal qazandıq. Möhtəşəm stadionda, möhtəşəm azarkeşlərə qarşı oynamaq bizim üçün xoş idi. Bu qalibiyyət hələ heç nə demək deyil. Qarşıda bizi 3 oyun gözləyir. Bu, 9 xal deməkdi. Az vaxtımız var. Bu görüşdəki səhvləri Bakıdakı matçda təkrarlamamağa çalışacağıq. Çünki “Olimpiakos” səhvləri bağışlayan komanda deyil”.