Premyer Liqanın üçüncüsü

Premyer Liqanın üçüncüsü

Antonio Konte İngiltərə Premyer Liqasında baş məşqçi kimi 100-cü matçını keçirib. Bu, 35-ci tura təsadüf edib.

İtaliyalının rəhbərlik etdiyi “Tottenhem” “Lester”ə 3:1 hesabı ilə qalib gəlib. Konte Premyer Liqadakı ilk 100 oyununda 65-ci qələbəsinə sevinib.

O, buna iki klubda nail olub. Konte “Tottenhem”dən əvvəl “Çelsi”ni də çalışdırıb.

Yalnız iki mütəxəssis ilk 100 oyunda daha çox qələbə qazanıb. Bunlar Pep Qvardiola və Joze Mourinyodur. Onların aktivində 73 qələbə var. Konte 3-cü yeri Manuel Pelleqrini ilə bölüşür.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 02.05.2022

Növbəti yazı

Albadan 10 ilin rekordu