Sürpriz kupon – 02.05.2022
Hetafe – Betis 2
Qonaqlar Ispaniya kubokunu qazandıqdan sonra bu oyuna əla əhval-ruhiyyədə yollanıb.
Manuel Pelleqrininin komandası Çempionlar Liqasına getməyə imkan verəcək yerlərə iddia edir.
Son 8 oyundan cəmi birində məğlub olan Betisin qarşısında Hetafenin ciddi müqavimət göstərə biləcəyini düşünmürəm.
Fulhem – Luton QOL/QOL
Çempionşipin lideri son oyunlarda azarkeşlərini sevindirmir. Ən yaxın izləyicisini 8 xal qabaqlayan “Fulhem”in futbolçularını böyük ehtimalla bu fərq rahatlaşdırıb.
Yüksək yerlər uğrunda mübarizə aparan “Luton” isə əksinə, son dövlər inamlı təsir bağışlayır.
Düşünürəm, bu dəfə də qonaqlar rəqibinə ciddi problemlər yaşada bilər.
Bütün bunları nəzərə alaraq Qol/Qol-a mərc etmək olar.
Valyadolid – Real Sosyedad B 1
Turnir cədvəlinin əks qütblərində qərarlaşan rəqiblər müxtəlif məqsədlər uğrunda mübarizə aparır.
Hər iki komandaya xal qazanmaq vacib lazımdı.
Valyadolid daha inamlı oyun sərgiləyir və 5 oyundur məğlub olmur.
Daha iddialı və güclü meydan sahiblərinin qalib gələcəyini güman edirəm.