Albadan 10 ilin rekordu

Albadan 10 ilin rekordu

Xordi Alba “Barselona”da son 10 ilin rekorduna imza atıb. O, bir mövsümdə ən çox məhsuldar ötürmə verən müdafiəçi olub.

33 yaşlı oyunçu cari çempionatda 9-cu dəfə asssist müəllifi kimi yadda qalıb. O, 34-cü turun “Malyorka”ya 2:1 hesabı ilə qalib gəldikləri matçın ilk qolunda pay sahibi olub.

“Barselona” tarixində bir mövsümdə daha çox məhsuldar ötürmə verən müdafiəçi isə Dani Alveşdir. Braziliyalı 2011/2012 mövsümündə 11 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqanın üçüncüsü

Növbəti yazı

1000-ci qələbə