Pikford “Mançester Yunayted”in hədəfində

Pikford “Mançester Yunayted”in hədəfində

“Mançester Yunayted” yay transfer pəncərəsində heyətinə yeni qapıçı qatmağı planlaşdırır. Premyer Liqa klubu İngiltərə millisinin qolkiperi Cordan Pikforda elçi düşüb.

David de Xea ilə müqaviləni uzatmağa yaxın olan “qırmızı şeytanlar” “Everton”un üzvünü alternativ variant hesab edir. İspaniyalı ilə danışıqlar müsbət yekunlaşmasa, onu Pikford əvəzləməlidir. “Everton”un Premyer Liqanı tərk etmək ehtimalı qapıçının komandadan ayrılmasına təkan verə bilər.

Premyer Liqanın turnir cədvəlində “Mançester Yunayted” 4-cü, “Everton” 17-cidir.

ETOPAZ

Əvvəlki yazı

Byelsa milli komandada

Növbəti yazı

Ramsdeyl “Arsenal”da qalır