Neymara “Çelsi”dən təklif

Neymara “Çelsi”dən təklif

Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar daha bir klubun maraq dairəsinə düşüb. 30 yaşlı forvard “Yuventus” və “Barselona”dan sonra “Çelsi”nin də transfer gündəmindədir.

Premyer Liqa klubu onu “İnter”ə icarəyə verilən Romelu Lukakuya layiqli əvəzləyici qismində görür. Neymar üçün digər klublar 50 milyon avrolarından keçməyə hazırdır. Ancaq “zadəganlar” daha yüksək məbləğdə təkliflə mübarizədən qalib ayrıla bilər. Paris təmsilçisi də Braziliya millisinin üzvünü satmağı planlaşdırır. Neymar ötən mövsüm 28 oyunda 13 qol vurub, 8 məhsuldar ötürmə verib. Onun PSJ ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

ETOPAZ

Əvvəlki yazı

“San-Antonio”dan ilk

Növbəti yazı

Günün kuponu – 25.06.2022