Günün kuponu – 25.06.2022
“Rusenborq” – “Kristiansund” – 1
Norveç Liqasının daimi favoritlərindən olan “Rusenborq” bu mövsümə uğursuz başlayıb. 10 turda 14 xal toplayan komanda 8-ci yerdə qərarlaşıb. Son turda “Lillestrom” a uduzan (1:3) “Rusenborq” autsayderə qalib gəlməyə borcludur. “Kristiansund” arxada qalan 8 oyunun heç birində qələbə qazanmayıb və cəmi 1 xal toplayıb. Oyun 1 variantına çox güvənirəm.
“Hauqesund” – “Vikinq” – 2,5 ÜST
Hər iki komandada məhsuldarlıq yaxşı səviyyədədir. “Hauqesund” 11 turda 16, 3-cü sırada yer alan “Vikinq” isə 12 oyuna 22 qol vurub. Matçın 2,5 üstlə bitəcəyini inamım çoxdur.
“Kavasaki” – “İvata” – 1
Çempionluq uğrunda mübarizə aparan “Kavasaki” lider “Yokohama Marinos”dan 1 xal geri qalır. 3 gün əvvəl kubok matçında gözlənilmədən 2ci liqa təmsilçisinə uduzan “Kavasaki”nin ardıcıl 2-ci uğursuzluğu yaşayacağına inanmıram. Ona görə oyun 1 variantına üstünlük verirəm.