“Neftçi” Samir Abasovla vidalaşdı
“Neftçi” baş məşqçisi Samir Abasovla yollarını ayırıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Bu barədə qərar klubun Müşahidə Şurasının iclasında qəbul olunub. Mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb. Onu əvəzləməyə namizədlər Viktor Qonçarenko və Yuri Vernidubdur.
Qeyd edək ki, Abasov 2020-ci ilin noyabrından “Neftçi”ni çalışdırırdı.