Müllerdən rekord

Müllerdən rekord

“Bavariya”nın futbolçusu Tomas Müller Almaniya kubokunda yeni rekorda imza atıb. “Mayns” üzərində 4:0 hesablı qələbə 33 yaşlı oyunçu üçün 53-cü olub.

O, kubokda ən çox qalibiyyət görən futbolçu adına sahib çıxıb. Müller “Verder”in sabiq üzvü Mirko Votavanı arxada qoyub.

Müller həm də “Bavariya”nın heyətində kubokda ən çox matç keçirən oyunçu adına şərik çıxıb. O, 63 dəfə meydana çıxan Zepp Mayerə çatıb.

ETOPAZ

Əvvəlki yazı

NBA-da “Bütün ulduzlar”ın tam siyahısı açıqlandı

Növbəti yazı

Verratti cəzalandı