NBA-da “Bütün ulduzlar”ın tam siyahısı açıqlandı

NBA-da “Bütün ulduzlar”ın tam siyahısı açıqlandı

NBA-da “Bütün ulduzların oyunu”nun iştirakçılarının tam siyahısı bəlli olub. Qurum matç üçün ehtiyat basketbolçuları açıqlayıb. Bu, 30 baş məşqçinin səsverməsi ilə müəyyənləşib.

Qərb: Pol Corcj (Klippers), Şey Qildjes-Aleksander (Oklahoma), Caren Cekson (Memfis), Damian Lillard (Portlend), Lauri Markkanen (Yuta), Ca Morent (Memfis), Domantas Sabonis (Sakramento).

Şərq: Bem Adebayo (Mayami), Ceylen Braun (Boston), Demar Derozan (Çikaqo), Coel Embiid (Filadelfiya), Tayriz Haliberton (İndiana), Dryu Holidey (Miluoki), Culius Rgndl (Nyu-York).

Komandaların kapitanları isə bir müddət əvvəl müəyyənləşib. Lebron Ceyms və Yannis Adetokumbo kapitan olacaq.

Qeyd edək ki, start heyətləri də öncədən səsvermə ilə bəlli olub. Qərbdə Luka Donçiç (Dallas), Stef Karri (Qolden Stgyt), Lebron Ceyms (Leykers), Zayon Uilyamson (Yeni Orlean) və Nikola Yokiç (Denver), Şərqdə Kayri İrvinq (Bruklin), Donovan Mitçell (Klivlend), Kevin Dyurent (Bruklin), Ceyson Teytum (Boston) və Yannis Adetokumbo (Miluoki) oynayacaq.

ETOPAZ

Əvvəlki yazı

İsko Premyer Liqa klubunun hədəfində

Növbəti yazı

Müllerdən rekord