Mukoko “Borussiya”dan gedir
Dortmund “Borussiya”sının futbolçusu Yussuf Mukoko müqaviləsini uzatmaqdan imtina edib. Hücumçu Bundesliqa klubundan ayrılmağa üstünlük verib.
18 yaşlı forvard aldığı çoxsaylı təklifləri dəyərləndirmək niyyətindədir. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Mukoko daha iddialı komandaya azad agent statusu ilə yollanmaq istəyir. Yussuf “Barselona” və “Çelsi”nin transfer siyahısında yer alıb.