Mourinyo meydandan qovuldu

Mourinyo meydandan qovuldu

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Verona” ilə oyunda (2:2) qırmızı vərəqə alıb. Portuqaliyalı mütəxəssis oyun boyu hakimin qərarlarına kəskin etirazını bildirib.

Görüşün sonlarında isə 59 yaşlı məşqçi baş hakim Luka Payrettoya əli ilə telefon jesti edib. Referi bu hərəkətə görə onu qırmızı vərəqə ilə cəzalandırılıb.

Onun bu jesti nə üçün etdiyi haqda məlumat yoxdur.

Qeyd edək ki, Mourinyo mövsümün əvvəlindən demək olar ki, hər oyunda hakimlərin işini tənqid edir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 20.02.2022

Növbəti yazı

138 aydan sonra